Oktyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə partiyanın Samux rayon təşkilatı tərəfindən konfrans keçirilib.
YAP-dan hafta.az-a bildirilib ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Samux şəhərindəki abidəsi və “Şəhidlər” abidə kompleksi ziyarət edilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda məruzə ilə çıxış edib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan bəri keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası həm ölkə daxilində, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Nizami Səfərov vurğulayıb ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 30 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib. Bu müddətdə hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət məsələlərinin həlli istiqamətində mühüm işlər görülüb. Bunlar Yeni Azərbaycan Partiyasına olan inamı, etimadı daha da gücləndirib və sarsılmaz edib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev YAP-ın ölkəmizdə ən nüfuzlu partiya olmasını bir daha xatırladaraq söyləyib ki, hazırda 5404 nəfəri üzvü birləşdirən, 90 ərazi partiya təşkilatı ilə fəaliyyət göstərən YAP Samux rayon təşkilatı bu günə qədər Yeni Azərbaycan Partiyasının mütəşəkkil və mübariz təşkilatlarından biri olub.
Tədbirdə, həmçinin partiya fəalı, Samux rayon İHBA Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Ramiz Rüstəmli çıxış edərək Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən danışıb.
Sonda bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.