Yeni ilin qeyd edilməsinə ilahiyyatçı baxışı

12:09 30.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan sabah Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il qeyd olunacaq. Bəzi insanlar  yeni il bayramının qeyd olunmasının düzgün olmadığını hesab edirlər. Xristianlara mənsub olan bu bayramın İslam dininə mənsub insanların qeyd edilməsinin haram olduğunu düşünənlər də az deyil. Bəs həqiqətən yeni il bayramının qeyd edilməsi haramdırmı?

Bu barədə hafta.az-a danışan ilahiyyatçı alim Əkrəm Həsənov hesab edir ki, yeni ilin qeyd olunması dinlər arasında mübahisəli məsələdir: İlahiyyatçının sözlərinə görə, 3 səmavi dinlərin öz aralarında hər zaman bu mübahisə doğur:

“İslam dinində müxtəlif alimlər müxtəlif fikirlər irəli sürürlər. Bəzi alimlər bunun keçirilməsini haram sayır, bir qrup alimlər isə yeni ili qeyd etməkdə heç bir problem olmadığını deyirlər.  Qeyd olunmamasını deyən alimlərin irəli sürdüyü fikirlərdə əsas məsələ spirtli içkilərin içilməsi ilə bağlıdır. Bildiyimiz kimi İslam dinində müəyyən haram işlər var. Onlardan biri də, spirtki içkilərin qəbul edilməsidir.  İnsanlar bu gün elə ənənə də deyillər ki, sırf İslam dinini yaşasınlar. Əslində xristianların bayramı kimi, yox həmrəylik bayramı kimi qeyd olunur. Qohumluq əlaqələri möhkəmlənir. Bu baxımdan İslam dinində bu düzgün sayılır. Sələfi alimləri isə Peyğənbərin hədislərinə istinad edərək deyirlər ki, Qurban, Ramazan kimi bayramların qeyd olunması daha doğrudur. Müsəlmənlər yahidi və xristianlardan hər mənada seçilməyi Peyğənbərimiz hədislərdə buyurub.  Ona görə də yeni il bayramının da qeyd olunmasə hələ də mübahisəli məsələdir. Mən isə burada qəbahətli bir şey görmürəm”.