Yeni narkoloji-ruhi disponserin istifadəyə veriləcəyi tarix bəlli oldu

13:34 20.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Mayın sonu, iyunun əvvəllərində ən müasir tələblərə cavab verəcək yeni narkoloji-ruhi disponser istifadəyə veriləcək.

Hafta.az-ın əldə etdiyi məlumata görə, yeni narkoloji ruhi dispanserin ən geci iyunun 15-nə kimi açılışı olacağı gözlənilir. Yeni disponserin Sabunçu rayonu ərazisində, kənd Maştağa deyilən ərazidə tikildiyi bildirilir.

Disponserin 4 mərtəbəli və 4 korpusdan ibarət olduğu vurğulanır. 300 çarpayılıq yeni disponserin ən müasir tələblərə cavab verdiyi qeyd olunur.

O da bildirilib ki, hazırda disponserdə tikinti işləri tam başa çatdırılıb. Texniki işlər həyata keçirilir. Eyni zamanda, binanın içərisində son tamamlama işləri aparılır.