Yol polisi Bakı-Sumqayıt yolundakı qəza barədə məlumat yaydı

11:57 09.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

DİN-in Baş DYP İdarəsi Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarənin şöbə rəisi Rövşən Tağıyevin hafta.az-a verdiyi məlumatda bildirilir ki, bu gün saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində Qocayev Murad Məsud oğlunun idarə etdiyi “Ford” markalı, 29-BA-586 dövlət qeydiyyat nişanlı mikroavtobus onunla eyni istiqamətdə hərəkətdə olan Məmmədov Ələddin Hacı oğlunun idarə etdiyi “DAF” markalı, 99-GJ-323 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusu ilə toqquşub. Nəticədə, mikroavtobusda olan sərnişinlərdən 6 nəfəri xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.


Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.