Yazını böyüt
Yazını kiçilt
Əfqanıstanın paytaxtı Kabilin qərbində çərşənbə günü, avqustun 27-də səhər saatlarında avtobusun aşması nəticəsində azı 25 sərnişin həyatını itirib, 27 nəfər isə yaralanıb.
Hafta.az xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmisi yerli mediaya bildirib. Nazirliyin sözçüsü Əbdül Mətin Qani Sinxua agentliyinə bildirib ki, insident cənub Qəndəharı Kabillə birləşdirən avtomobil yolu boyunca Arğandi bölgəsində baş verib.
O əlavə edib ki, polis və təcili yardım xidmətləri yaralıları müalicə üçün yaxınlıqdakı sağlamlıq mərkəzlərinə çatdırıb.