Dünya futbolunun ulduzu, YouTuber Kriştiano Ronaldo oynadığı keçmiş klubların hamısını geridə qoyub.
Hafta.az-ın yazdığına görə, belə ki, Kriştiano Ronaldo YouTube-da 40 milyon abunəçiyə çataraq, oynadığı klubların ümumi abunəçi sayını ötüb.
Qeyd edək ki, Ronaldonun oynadığı klubların YouTube kanallarında abunəçilərin sayı belədir:
“Real Madrid” 15 milyon, “Mançester Yunayted” 9,3 milyon, “Juventus” 8,42 milyon, “Əl-Nassr” 2,46 milyon, “Sporting Lissabon” 324 min.
Klubların abunəçilərinin ümumi sayı toplam 35,5 milyondur.
Ronaldo "X" sosial media platformasında verdiyi açıqlamada "Gözləmə bitdi. Kanalım artıq YouTube-dadır" deyib.
39 yaşlı ulduz izləyicilərinə "Abunə olun və bu yeni səyahətdə mənə qoşulun" mesajını göndərib.
Ronaldonun yeni YouTube kanalı "UR Cristiano" adlanır.
Kanalın fəaliyyətə başlamasından təxminən iki saat sonra Ronaldonun abunəçilərin sayı 2,17 milyonu keçib. Bunun sayəsində Kriştiano, artıq 18 ildir YouTube-də mövcud olan argentinalı Lionel Messini ötmək üçün çox vaxt itirməyib. Messinin kanalının 2,16 milyon abunəçisi var.
Ronaldonun kanalındakı məzmun təcrübəli ulduzun müxtəlif idman mövzuları, çətinlikləri, Portuqaliya Milli Komandasının kapitanı və sevgilisi Georgina Rodriguezin həyatından sirlər haqqındakı fikirləri ilə fərqlənir.
Kriştiano sosial media platformalarında böyük populyarlıq qazanır. Onun “Instagram”da 636 milyon, “Facebook”da 170 milyon, “X” platformasında 112 milyon izləyicisi var.