Yunanıstanda ana müxalifət lideri Aleksis Tsiprasın üzündə botoks əməliyyatı keçirilib.
Hafta.az-ın "Hellas Post" qəzetinə istinadən yazdığına görə, Radikal Sol Alyansın (SYRIZA) lideri Çipras mayın 21-də keçiriləcək seçkilərlə deyil, botoks əməliyyatı ilə gündəmə gəlib. Yunanıstanda “Super Katerina” verilişinin aparıcısı Katerina Kainourgiou canlı yayımda Çiprasla bu yaxınlarda keçirdiyi görüşdən danışıb. Youtube-da yayımladığı yayımlarla da tanınan Kainourgiou, Çiprasın qaşlarını botoksla qaldırdığını deyib. O, Tsiprasın əvvəlcə prosedurdan sonra çətinlik çəkdiyini, lakin sonradan buna öyrəşdiyini və “çox cazibədar” göründüyünü bildirib.
Bundan sonra Kainourgiou "Amma siyasətdə botoksa yer yoxdur, mən bunu demək istəyirəm" deyib.
Çiprasın botoks proseduruna ölkənin tanınmış şoumenlərindən olan Takis Zaharatos da münasibət bildirib. Zaharatos Tsiprasın botoks vəziyyətini məşhur elmi fantastika serialı "Star Trek"dəki Spok obrazına bənzədib.
Xatırladaq ki, 48 yaşlı Tsipras 21 sentyabr 2015-ci ildən 2019-cu il iyulun 8-dək Yunanıstanın baş naziri olub. Bununla belə, SİRİZA 2019-cu il seçkilərində Yunanıstanın hazırkı baş naziri Kiryakos Mitsotakisin rəhbərlik etdiyi Yeni Demokratiya Partiyasına (YDP) uduzub.
Tsipras 1980-ci illərin sonunda Yunanıstan Kommunist Partiyasının gənclər qanadında da fəaliyyət göstərib.