Zaxarovanın brifinqindən əvvəl jurnalistlər müayinədən keçirilir

11:26 06.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın həftəlik brifinqindən əvvəl bütün jurnalistlərin temperaturu yoxlanılır.

Mətbuat işçilərini binanın girişində xüsusi geyimdə olan tibb əməkdaşları yoxlayır.

Termokameralar vasitəsilə həyata keçirilən proses bir neçə saniyə davam edir. Bundan başqa, XİN-nin girişində təcili yardım maşınları növbə çəkir.

Qeyd edək ki, dünyada yeni koronavirusa yoluxanların sayı 95 min nəfəri, ölənlərin sayı 3,2 nəfəri ötüb.