Zelenski İsrailin Ukraynaya silah satmamasından "ŞOKA DÜŞÜB" - AZƏRBAYCANA...

19:09 23.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski İsrailin yardımının olmamasından şoka düşdüyünü deyib.

Hafta.az bildirir ki, o, bu barədə Fransanın “Ouest-France” nəşrinə müsahibəsində danışıb.

"Mən şokdayam. Başa düşə bilmirəm. İsrail bizə heç nə, heç nə, vermədi", - prezident deyib.
"Niyə bizə hava hücumundan müdafiəni vermirsiniz?" – deyə soruşub.

Zelenski qeyd edib ki, onun İsrail hökumətinin digər ölkələrə hərbi avadanlıqlar verməsi barədə məlumatı var.

"Mən başa düşürəm ki, onlar öz torpaqlarını müdafiə etməlidirlər, lakin mən İsrailin öz silahlarını başqa ölkələrə ixrac etdiyi barədə məlumat aldım", - dövlət başçısı əlavə edib.

O, liderləri günahlandırmadığını, sadəcə olaraq faktları dilə gətirdiyini vurğulayıb. Zelenski əmindir ki, İsrail xalqı bu müharibədə Ukraynanı dəstəkləyir.

"İsrail rəhbərliyi ilə müzakirələr olub və bu, Ukraynaya kömək etməyib. Rusiyanın İsrailə təsirini görmək mümkündür. Mən İsraili müstəqil dövlət kimi görürəm", - o əlavə edib.

Oxunma sayı 24344
Gündəm rubrikasından digər xəbərlər