Zibil yığan maşının altında qalıb öldü

18:46 23.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Bakı küçəsində qeydə alınıb. Təmizlik idarəsinin işçisi 1966-ci il təvəllüdlü Əliyev Biləndər Mehdi oğlu zibil yığan maşının altına düşərək ölüb.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.