"90 il sonra Rusiya ukraynalılara qarşı yenidən soyqırıma başlayıb" - Edqars Rinkeviçs

09:45 26.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Latviyanın Xarici İşlər naziri rəhbəri Edqars Rinkeviçs "Qolodomor"dan 90 il sonra Rusiyanın ukraynalılara qarşı yeni soyqırım törətdiyini bildirib və Stalinin varislərini məğlub etməyə çağırıb.

Hafta.az-ın məlumatına görə, cənab Rinkeviçs bu barədə öz “Twitter” səhifəsində yazıb.

"Biz bu gün "Qolodomor" zamanı Stalin rejimi tərəfindən öldürülən milyonlarla ukraynalının xatirəsini ehtiramla yad edirik. 90 ildən sonra Rusiya yenidən ukraynalılara qarşı genişmiqyaslı soyqırıma başlayıb. Gələcəkdə belə faciələrin yaşanmaması üçün Stalinin varislərini indi məğlub etməliyik", - Latviya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi şənbə günü beynəlxalq tərəfdaşları 1932-1933-cü illər "Qolodomor" qırğınlarını Ukrayna xalqının soyqırımı kimi tanımağa və Rusiya tərəfindən növbəti hərbi və insanlığa qarşı cinayətlərə, yeni soyqırımların törədilməsinə imkan verməməyə çağırıb.

Bu arada Almaniya Bundestaqında "Qolodomor"un soyqırım kimi tanınması haqda qərar layihəsi hazırlanıb və gələn həftə səsverməyə çıxarılacaq.

Oxunma sayı 1688
Siyasət rubrikasından digər xəbərlər