"ABŞ Avropanı Rusiya ilə “müharibə”yə sövq etmək istəyir"

20:12 11.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ hakimiyyəti öz avropalı müttəfiqlərini Moskva ilə münaqişəyə sövq etməyə çalışır. Hafta.az bildirir ki, Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib. O, Telegram kanalında qeyd edib ki, bu halda Vaşinqtonun iki məqsədi var - Avropanı məhv etmək və "Rusiyanı zəiflətmək".

“Birləşmiş Ştatlar birmənalı olaraq Avropanı Rusiya ilə müharibəyə sövq edir, məqsəd güdür ki, bir tərəfdən öz avropalı müttəfiqlərini borclandırsın, digər tərəfdən isə Rusiyanı mümkün qədər zəiflətsin. Ukrayna sayılmaz. Amerikalılar üçün bu, sadəcə yemdir. Birləşmiş Ştatlar üçün yalnız bir müttəfiq var - Böyük Britaniya. Onlar bizə uduzacaqlarını belə düşünmürlər. Və boş yerə!".

Senatorun nöqteyi-nəzərindən ABŞ Avropa və Rusiyanı sıxışdırmaqla öz ölkələrinin əvvəlki əzəmətini bərpa etməyə çalışır. Cabarov onu da vurğulayıb ki, Vaşinqton dünyada öz mövqeyini yalnız “müharibələr və qlobal münaqişələr” yolu ilə bərpa edə bilər.

Siyasət rubrikasından digər xəbərlər