Karantin rejimi tətbiq olunandan sonra insanlar yalnız "sms"lə çıxa bilərlər. Bunun üçün ayrı-ayrı kodları göndərməli olurlar. Bir qrup insan lazım oldu-olmadı "sms"icazəsi alıb banklara, "ASAN xidmət"lərə üz tuturlar. Şahid olduğumuz məqamlardan biri "ASAN xidmət" qarşısında insanların növbə gözləməsi üçün bir yerə toplaşmalarıdır.
"ASAN xidmət" onlayn növbəlilik prinsipi ilə vətəndaşları qəbul edə bilərmi, növbəsi çatan vətəndaşla əlaqə saxlanaraq dəvət olunması mümkündürmü?
"ASAN xidmət"in mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev hafta.az-a açıqlamasında dedi ki, mərkəzlər onsuz da karantin vaxtı onlayn işləyir, vətəndaşlar onlayn müraciət etməlidirlər:
"Amma bir çox vətəndaşlar buna əməl etmirlər. Çalışırlar ki, yaxınlaşıb işlərini həll etsinlər. Biz isə tövsiyyə edirik ki, evdən onlayn müraciət etsinlər. Təəssüf ki, insanlar bu xidmətə üstünlük vermirlər"