Son illər ölkədə "Azərişıq" öz fəaliyyət dairəsini genişləndirir. Ölkədə aparılan işlər təqdirəlayiqdir. Lakin bir sıra problemlər də hələ qalmaqdadır. Belə ki, işıq dirəklərinin istismar müddətini başa vurması, transfarmatorların yenilənmə problemi və s. cəmiyyətdə bəzən narazılıqla qarşılanır.
Mövzu ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev hafta.az-a açıqlamasında ilin yekunları və görüləcək işlərlə bağlı məlumat verdi. O bildirdi ki, 10 fevral 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla “Bakıelektrikşəbəkə” ASC-nin bazasında yeni bir qurum - “Azərişıq” ASC yaradıldı. “Azərişıq” ASC-nin yaranması bir zərurət idi:
"Çünki buna qədər nəinki ucqar dağlıq bölgələrdə, hətta mərkəzi regionlarda elektrik enerjisi ilə təchizat bərbat vəziyyətdə idi. Bütün bölgələrin elektrik enerjisi ilə təchizatını paytaxt Bakının səviyyəsinə çatdırmaq, istehlakçılara yüksək keyfiyyətlə xidmət göstərmək. Ölkə rəhbəri tərəfindən qarşıya qoyulan vəzifə kifayət qədər böyük və məsuliyyətli idi. “Azərişıq” ASC yaradıldıqdan dərhal sonra rəhbərlik və qurumun mütəxəssisləri mövcud vəziyyəti öyrənərək fəaliyyət planını tərtib edilərək geniş miqyaslı təmir, yenidənqurma və tikinti işlərinə başlanıldı. “Azərişıq” ASC-nin Texniki Departamenti tərəfindən 2015-2019-cu illər ərzində aşağıdakı işlər yerinə yetirilmişdir.
- 110 kV-luq YS-nın tikintisi – 41 ədəd
35 kV-luq YS-nın tikintisi – 110 ədəd
10-6 kV-luq TM-nin tikintisi – 135 ədəd
- 10-6 kV-luq KTM-nin tikintisi – 3943 ədəd
- Müxtəlif gərginlikli EVX-lərin çəkilməsi – 35505 km
110 kV-luq YS təmiri – 42 ədəd
- 35 kV-luq YS təmiri – 258 ədəd
- 10-6 kV-luq TM və KTM-lərin təmiri – 12300 ədəd
- Müxtəlif gərginlikli EVX-lərin təmiri – 22000 km
- 590 yaşayış məntəqəsinin 0,4 kV-luq elektrik şəbəkələri tam yenidən qurulmuşdur.
- Gücü 55 MVt təşkil edən Yeni Yaşma və Şurabad qəsəbələrində külək elektrik stansiyaları bərpa olunaraq elektrik şəbəkələrinə qoşulmuşdur.
Hal hazırda Bakı şəhəri, Binəqədi rayonunda 110/35/6 kV-luq 91 saylı, Ağsu rayonunda “Ağabəyli”, Quba rayonunda “Rustov”, İmişli rayonunda “Muğanlı” və “Aranlı”, Şamaxı rayonunda “İqamətgah” 35 kV-luq yarımstansiyaların tikintisi aparılır. 2020-ci ildə 77 kəndin 0,4 kV-luq elektrik şəbəkələrinin yenidənqurulması nəzərdə tutulurki, hal hazırda 20 kənddə bu istiqamətdə işlər davam etdirilir. Hər region üzrə 5 ədəd 35 kV-luq yarımtansiyaların əsaslı təmir işlərinin aparılması planlaşdırılmışdır. 27 ədəd dağ kəndinin elektrik şəbəkələrin yenidənqurulması üçün layihə işləri aparılır.
Respublikanın bütün istehlakçılarının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində Texniki Departament tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Tanrıverdi Mustafayev təkliflər haqqında da məlumat verdi. Qarşıda "Azərışıq" ASC bu təkliflər üzərində işləyəcəyini bildirdi:
- 10 və 35 kV-luq ÖİN xətlərin tikintisi
- 35/0,4 kV-luq şəbəkənin yaradılması
- 35 kV-luq polimer izolyatorlarının tətbiqi
- 0,4; 10 və 35 kV-luq dayaqların hazırlanması
- SCADA sisteminin genişləndirilməsi və ağıllı şəbəkənin yaradılması
- Uçot sisteminin təkmilləşdirilməsi və balansın dəqiqləşdirilməsi
- Regionlarda Transformator Təmiri Sexlərinin yenidənqurulması və gücləndirilməsi
- İşçi personalının bilik səviyyəsinin və məsuliyyətin artırılması üçün rəhbərlərdən ibarət imtahan komissiyasının yaradılması
- Tədris Mərkəzi üçün beynəlxalq lisenziyaların alınması
- Müasir tipli tədris poliqonunun yaradılması
- Köhnə avadanlıqların təmiri və bərpası, şəbəkəyə qaytarılması
- Akummulyator təsərrüfatının yaradılması
- Regionlarda xidmətlərin işinə yenidən baxılması və iş fəaliyyətlərinin gücləndirilməsi
- Abonetlərin elektrik şəbəkələrinə texniki qulluğun göstərilməsi üçün texniki bazanın komplektləşdirilməsi