"Bakı Metropoliteni"nin sərnişindaşımalardan gəliri 4 dəfəyədək artıb

16:07 24.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-oktyabr aylarında "Bakı Metropoliteni" ilə sərnişin daşımalarından əldə olunan gəlir 42 647,5 min manat olub, bu da illik müqayisədə 3,8 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən hafta.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 11 233,3 min manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında "Bakı Metropoliteni" 146 701 min sərnişin daşıyıb ki, bu da illik müqayisədə 3,8 dəfə çoxdur.

Xatırladaq ki, 2020-2021-ci illərdə koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunda qatarların hərəkətində məhdudiyyətlər və dayanmalar tətbiq edilib. Bu da, öz növbəsində, metro nəqliyyatı ilə sərnişin daşınmalarının həcminə təsir edib.

Bakıda metropolitendə xətlərin uzunluğu 36,6 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Oxunma sayı 1688