"Elektron məhkəmə" sistemi yaxın aylarda ölkənin bütün məhkəmələrini əhatə edəcək - Fikrət Məmmədov

17:20 13.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Artıq məhkəmələrin 80%-ə qədərində tətbiq edilən "Elektron məhkəmə" sisteminin yaxın aylarda ölkənin bütün məhkəmələrini əhatə etməsi nəzərdə tutulur.

Bunu Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.

Onun sözlərinə görə, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması məqsədilə məhkəmə sistemi təkmilləşdirilmiş və 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri, inzibati ədliyyə institutu yaradılmışdır. Mövcud məhkəmə infrastrukturu Dünya Bankının iştirakı ilə müasirləşdirilərək paytaxtda və bölgələrdə 35 məhkəmə üçün yüksək texnoloji - hi-tech bina və komplekslər inşa olunaraq istifadəyə verilib.

"Bu məhkəmələrin əksəriyyətinin ölkə Prezidenti tərəfindən açılışının şəxsən həyata keçirməsi məhkəmə hakimiyyətinə dövlətimizin verdiyi müstəsna dəyərin bariz təzahürüdür.