Türkiyəli müğənni Özcan Dənizin 54 yaşı tamam olub.
Hafta.az xəbər veirr ki, bu münaibət ilə xanımı Samar Dadqar ifaçıya sürpriz edib. Həmin anları sosial media hesabında yayımlayan Samar bu sözləri yazıb:
"Ad günün mübarək. Bu ili də birlikdə keçirdik, qaldı 40 il. Sən mənim ən doğmam, ən dəyərlimsən. Sən gül, xoşbəxt ol ki, həyat hamımıza gülsün. Ayağına daş dəyməsin. Allah sənə uzun, sağlam, huzurlu və xoşbəxt bir ömür nəsib etsin. Çünki sən buna artıqlaması ilə layiqsən.
Sən və mən əl-ələ verəndə hər şeyin öhdəsindən gələrik. Yaxşı ki, doğuldun, sevgilim, həyat yoldaşım. O gözəl gözlərin həmişə gülsün. Bu il sənin ilin olsun.
Səninlə bir ömrü bölüşmək, saysız xatirələrə ortaq olmaq, səninlə gülmək, səninlə ağlamaq, çətinliklərdə əl-ələ verib çiyin-çiyinə yerimək qədər gözəl heç nə ola bilməz bu dünyada…
Yaxşı ki, mənim həyatımsan. Yaxşı ki, yanağımdakı qəmzənin tək səbəbisən. Yaxşı ki dünyaya gəlmisən. Səni çox sevirəm. Və bilirəm ki, bütün pis günlər geridə qaldı. Bəli, bəlkə bu sözləri bu aralar çox eşidirsən və adi gəlir, amma həqiqətən də sən həyatının ən böyük sınaqlarından birindən keçdin. Buna baxmayaraq, hələ də dimdik ayaqdasan. Səni sevənlərin, oğlunun və mənim sevgimlə hər şeyin öhdəsindən gələcəksən. Mən həmişə sənin yanındayam. Həmişə başının üstündəyəm. Mən səni öpə-öpə ayağa qaldıracağam. Mən nəfəs aldıqca heç kim sənə heç nə edə bilməz. Çünki sən mənim üçün çox dəyərlisən. Sənə çox hörmət edirəm, səninlə fəxr edirəm".
Qeyd edək ki, Ö.Dəniz 3-cü həyat yoldaşı Samardan 24 yaş böyükdür. Onun keçmiş həyat yoldaşı Feyza Aktandan Kuzey adlı bir oğlu var./axsam.az/