"Keçilməz qırmızı xətlər yoxdur" - Ukrayna səfiri

11:40 14.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova uzunmənzilli ATACMS raketlərinin Kiyevə mümkün transferini şərh edərək, mayın sonundan Vaşinqtonun “tonunu dəyişdiyini” bildirib.

Hafta.az-ın yazdığına görə, xanım diplomat bu barədə "The Page"ə müsahibəsində deyib.

Səfirin sözlərinə görə, Amerika və Ukrayna tərəfləri arasında siyasi və hərbi məsələlərlə bağlı danışıqlar adətən qeyri-ictimai hesab olunur.

“Danışıqlarda cavablar “Sadəcə bunu unut” kimi səslənirdisə, o zaman biz ilk dəfə sualın müzakirə olunduğunu eşitdik, Amma keçilməz qırmızı xətlər yoxdur və bir çox ehtimallar var ki, onlar haqqında ilk dəfə "yox", sonra isə "hə" eşitdik. Gördüyünüz kimi, "yox" mövqeyi aydın idi, amma o dəyişdi”, - Markarova vurğulayıb.

Səfir əlavə edib ki, ABŞ silah transferi məsələsində bəzi amilləri nəzərə alır ki, bunlar mövcudluq, təlim və təchizat, Ukraynada artıq mövcud olan silah sistemləri ilə inteqrasiya, kifayət qədər miqdarda silahın olması və sair. Üstəlik bu məsələdə tərəfdaşları da ABŞ-ı dəstəkləməli, istehsal kompleksi və logistika sahəsində yardım etməlidir.

Xatırladaq ki, ATACMS, təxminən 300 kilometr məsafədə uça bilən yer-yer tipli raketlərdir. Bu da ABŞ-ın ötən il Ukraynaya göndərməyə başladığı mobil HIMARS sistemlərinin istifadə etdiyi raketlərdən təxminən dörd dəfə uzunmənzillidir.

Daha əvvəl kütləvi informasiya vasitələri xəbər vermişdilər ki, Bayden administrasiyası Ukrayna tərəfinin daha uzun mənzilli ATACMS raketlərini təhvil vermək istəməməsini bu halda Amerika ordusunun ehtiyatında onların çox az qala biləcəyi ilə izah edir.

Ötən həftə ABŞ Konqresi prezident Co Baydenin administrasiyasını Ukraynaya uzunmənzilli ATACMS raketlərini təhvil verməyə çağıran qətnamə təqdim edib.

Siyasət rubrikasından digər xəbərlər