Yazını böyüt
Yazını kiçilt
"Pensiyaya çıxan və sosial müavinətə müraciət edən zaman daha heç bir sənəd təqdim etməyə ehtiyac olmayacaq. “Əmək Pensiyaları”, “Sosial Müvaniətlər” və “Sosial Xidmət” haqqında qanunlara Milli Məclisin Plenar İclasında birinci oxunuş dəyişikliklər qəbul olundu".
Hafta.az-ın yazdığına görə, bunu millət vəkili Vüqar Bayramov deyib. O qeyd edib ki, plenar iclasda təqdim etdiyi qanun layihələrində nəzərdə tutulan dəyişikliklərə əsasən vətəndaşlarımız pensiyaya çıxmaq və ya müavinət almaq istəyən zaman heç bir sənəd təqdim etməyəcək. "Lazım olan bütün sənədlər və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə məsul dövlət qurumunun özü tərəfindən əldə ediləcək. Əgər hər hansı sənəd elektronlaşdırılmayıbsa, o zaman vətəndaşın razılığı ilə dövlət qurumu özü digər quruma sorğu göndərib onu alacaq.
Məsələn, əgər vətəndaşın pensiya yaşı tamam olubsa və o pensiyaya müraciət edibsə, o zaman həmin şəxsdən heç bir sənəd tələb edilməyəcək. Hətta hansısa sənəd, məsələn, arxivlə bağlı hər hansı məlumat elektronlaşmayıbsa, o zaman Dövlət Sosial Müdafiə Fondu özü sorğu göndərib həmin informasiyanı alacaq", - deyib millət vəkili.
V.Bayramov bildirib ki, bu dəyişikliklər şəffaflığın gücləndirilməsi və hesabatlılığın artırılması baxımdan əhəmiyyətlidir. Praktik olaraq, son dəyişikliklərlə əksər xidmətlərə müraciət elektronlaşır və məmur-vətəndaş birbaşa ünsiyyəti minimumlaşdırılır. Nəticədə, xidmətlərə müraciətlər üzrə elektron model daha da güclənir.