"Şuşa Bəyannaməsi gələcəyimizin təminatçısıdır" - Müdafiə naziri

14:30 02.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Uğurlu çıxış çox çətin coğrafi şəraitdə yerinə yetirilən təlimdəki tapşırıqlar iştirakçı şəxsi heyətin peşəkarlığının göstəricisidir".

Hafta.az-ın türk mediasına istinadən yazdığına görə bunu Azərbaycanın Müdafiə Naziri, general Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin (TSK) Qarsda təşkil etdiyi “Qış təlimi-2023” hərbi təlimlərində çıxışında bildirib. 

Təlimdə Azərbaycandan 70-ə yaxın əsgər, 23 tank və zirehli texnikan iştirak etdiyini deyən Z.Həsənov təlimin uğurla başa çatması münasibətilə hər kəsi təbrik edib. "Hesab edirəm ki, bu, çox mühüm hadisədir, birliyimizin daha bir parlaq nümunəsidir. Soyuq hava şəraitində keçirilən bu təlim ordumuzun imkan və bacarıqlarının artırılmasında müstəsna rol oynayır. Təlim həm də qarşılıqlı barışıq səviyyəsinin yüksəldilməsinə və döyüş hazırlığının artırılmasına böyük töhfə verir. Hər il biz hm Azərbaycanda, həm də Türkiyədə birgə təlimlər keçiririk və bu il 10-dan çox hərbi təlimin keçirilməsi nəzərdə tutulur” deyən nazir Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünü qeyd etməyə hazırlaşdığını xatırladıb. Z.Həsənov bu mühüm hadisənin şahidi olmaqdan xoşbəxt olduqlarını ifadə edib.

Azərbaycanla Türkiyə arasında tarixi, dini və mədəni əlaqələrin iki ölkə arasındakı münasibətlərin əsasını təşkil etdiyini açıqlayan Z.Həsənov deyib: “Ümummilli liderimiz Heydər Əliyev tərəfindən “bir millət, iki dövlət” kimi ifadə olunan Azərbaycan-Türkiyə münasibətləri, prezidentlərimizin rəhbərliyi altında bu gün də uğurla davam etdirilir. 2021-ci il iyunun 15-də Türkiyədə Müstəqillik Günü kimi qeyd olunan və 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə əlaqələrimiz strateji müttəfiqlik səviyyəsinə yüksəldilib. Bu bəyannamə gələcəyimizin təminatıdır və bütün sahələri əhatə edir. Ən əsası Azərbaycan-Türkiyə münasibətlərini sürətləndirən bu bəyannamə regional və qlobal təhlükəsizliyin əsasını qoyur".

Azərbaycanın Türkiyənin terrora qarşı mübarizəsini tam dəstəklədiyini vurğulayan Z.Həsənov Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində Ermənistanın 30 illik Qarabağ işğalına son qoyduğunu xatırladıb. Türkiyənin bu Vətən savaşında hər zaman Azərbaycanın yanında olduğuna diqqət çəkən Z.Həsənov deyib: "Bu, birliyimizin qələbəsidir. Müharibə zamanı Türkiyə Azərbaycana siyasi, mənəvi və diplomatik dəstək verdi. İndi müharibədən 2 il keçir və region üçün tamamilə fərqli geosiyasi vəziyyət yaranıb. Ermənistan Azərbaycanın sülh təkliflərinə konstruktiv yanaşmalıdır. Müxtəlif bəhanələrlə prosesi ləngitmək və təxribatlarla prosesi alt-üst etmək cəhdlərindən çəkinməlidir. Bu, ölkədə sülhə və inkişafa nail olmağın yeganə yoludur", - deyib müdafiə naziri.

Z.Həsənov deyib ki, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir: "Orada təmizlik işləri aparılır, yaşayış üçün lazımi şərait yaradılır. İşğaldan azad edilmiş bəzi rayonlarımızda hazırda infrastruktur yenidən qurulub və sakinlər evlərinə qayıdıblar. Bu il də bu proses sürətlə davam edir”.

Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, xüsusilə də təhsil sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini məmnunluqla xatırladan Həsənov, “Hərbi əməkdaşlığın hüquqi infrastrukturu genişləndirilir, ehtiyac duyulan sahələr üçün yeni müqavilə mətnləri hazırlanır. Biz bu dəstəyi yüksək qiymətləndirir və təşəkkürümüzü bildiririk. Azərbaycanın müdafiə qüdrətinin artırılmasında Türkiyənin müdafiə sənayesi şirkətlərinin böyük rolu var. Biz bir sıra uğurlu layihələr həyata keçirmişik. Ortaq istehsal müəssisələrinin yaradılması istiqamətində çalışırıq. Türkiyə müdafiə sənayesinin son illər dünya səviyyəsində əldə etdiyi nailiyyətlərdən çox məmnunam” deyib. Nazir bildirib ki, bu cür təlimlərin orduların inkişafı üçün çox vacibdir.

“Tam əminəm ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımız gələcəkdə də inkişaf edəcək və təkcə bizdə deyil, bütün region ölkələrində sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”, - o, çıxışını tamamlayıb. 

Siyasət rubrikasından digər xəbərlər