"YAŞAT"ın hesabına daxil olan vəsait açıqlanıb

11:47 08.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu günə qədər "YAŞAT" Fondunun hesabına 75 846 318.85 AZN vəsait daxil olub.

Hafta.az xəbər verir ki, bunu fondun rəhbəri Elvin Hüseynov deyib.

Fond rəhbəri bildirib ki, həmin vəsaitdən Fondun istiqamətləri üzrə 71 612 351.53 AZN məbləğində vəsait xərclənib, qalıq vəsait isə 4 233 967.32 AZN təşkil edib.

O bildirib ki, “YAŞAT” Fondu tərəfindən 184 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib. Elvin Hüseynovun sözlərinə görə, Türkiyəyə göndərilən şəxslərdən 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür:

"Müalicə alanlardan 160-ı artıq ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir".

Qeyd olunub ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən 22 449 998.04 AZN vəsait xərclənib.

Oxunma sayı 1077
Siyasət rubrikasından digər xəbərlər