10 şəhər və rayonda 23 noyabradək ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq - Rəsmi

15:21 06.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib.

Hafta.az-ın məlumatına görə, bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı. 2020-ci il 7 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaqdır.