11 nəfər COVID-19-a yoluxub

19:47 19.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 825 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 879 nəfər müalicə olunaraq sağalıb, 9 993 nəfər vəfat edib, aktiv xəstə sayı 548 nəfərdir.

Ölkədə son sutka ərzində 622, hazırkı dövrədək isə 7 407 971 test aparılıb.