Almaniyanın Ebersberg bölgəsində aşı mərkəzini işlədən "Tresec" şirkətinin yaydığı açıqlamada deyilir ki, 1800 nəfərə istifadə müddəti başa çatmış BioNTech aşısı vurulub.
Hafta.az-ın yazdığına görə, şirkətdən qeyd edilib ki, aşıların üzərində yanlış etiketlər vurulduğu üçün məhsulun köhnə olduğu bilinməyib. Hansı ki, 4-6 yanvar tarixlərində son istifadə müddəti 31 dekabr olan aşılar tətbiq olunub. Yəni aşının istifadə müddəti 1 həftə əvvəl başa çatıbmış.
Açıqlamada bildirilir ki, sözügedən aşının adamların səhhətində hər hansı mənfi təsiri yarada bilmə ehtimalı yoxdur. Şirkətə görə, həmin 1800 nəfər sağlamlıq mərkəzində tamamilə pulsuz antikor testi verə və lazım olarsa yenidən aşılana bilərlər.
Artıq aşıları vuran iki tibb işçisi işlərindən azad ediliblər.