22 yeni seysmik stansiyanın quraşdırılması başa çatdırılıb

22:29 15.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə gətirilmiş 22 ədəd yeni seysmik stansiyanın quraşdırılması işləri başa çatdırılıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən hafta.az-a bildirilib ki, bunu mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Elmi-Texniki Şuranın iclasında deyib.

Baş direktor bildirib ki, həmin stansiyalardan 12-si dünyada ilk dəfə Abşeron yarımadasında olan palçıq vulkanları ətrafında quraşdırılıb. Həmin stansiyalar vasitəsilə palçıq vulkanlarının dinamikasını və orada gedən prosesləri izləmək mümkündür.