286 nəfərə Təhsil Tələbə Krediti Fondundan imtina cavabı gəlib

15:52 13.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-2023-cü tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan hafta.az-a verilən məlumata görə, cari təhsil ili üçün bu günə qədər 3708 nəfər TTK almaq üçün müraciət edib.

Onlardan 286 nəfərin müraciətinə imtina cavabı verilib, 989 nəfərin müraciəti natamam olaraq qiymətləndirilib. 2022-2023-cü tədris ili üzrə 1193 nəfərə TTK verilib.

Xatırladaq ki, 2021-2022-ci tədris ilinin payız semestrindən etibarən əyani təhsil alan tələbələrə kreditin verilməsinə başlanılıb.