Yazını böyüt
Yazını kiçilt
Mingəçevirdə birmərtəbəli evdə yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Mingəçevir şəhərində ümumi sahəsi 250 m² olan bir dam altında tikilən 3 ailənin yaşadığı birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, içərisində 1 ədəd paltar dolabı və tavan 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.