354 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

15:20 13.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Dövlət İmtahan Mərkəzindən hafta.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4226 nəfər müraciət edib. Bu gün saat 14:20-dək olan məlumata görə, 354 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.