4 yaşlı uşaq süd qazanına düşüb öldü

10:38 28.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda bədbəxt hadisə azyaşlı uşağın həyatına son qoyub. 

Hafta.az xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yaşayan 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov  evdə qaynanan süd qazanına düşərək yanıb. Uşaq yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.