48 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

16:29 23.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyirmi dövlət orqanında mövcud olan 73 vakant vəzifə üzrə avqustun 29-dan başlanan ümumi müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən hafta.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 324 nəfər müraciət edib. Bu gün saat 13:55-ə olan məlumata görə, 48 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibə sentyabrın 29-da başa çatacaq.

Qeyd edək ki, iyulun 13-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu avqustun 11-də yekunlaşıb.