584 nəfər COVID-19-a yoluxub, 128 nəfər sağalıb, 5 nəfər vəfat edib

19:22 20.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 45 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib, aktiv xəstə sayı 4 972 nəfərdir.

 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 028, ötən müddət ərzində isə ümumilikdə 1 241 664 test aparılıb.