7 avtobusun istiqaməti dəyişdirilib

12:28 25.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək.

Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu məqsədlə 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək.

Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.