Yazını böyüt
Yazını kiçilt
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də 8 cinayətin üstü açılıb.
Hafta.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən bildirir ki, onlardan 1-i əvvəlki dövrlərdən bağlı olan cinayət olub. Soyğunçuluq 1, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 1 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.