9 yaşında orta məktəbi bitirərək ən gənc məzun adını aldı - TARİXƏ DÜŞDÜ

20:06 08.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da doqquz yaşlı uşaq tarixdə ən gənc orta məktəb məzunu olub. David Balogun evinin yanında yerləşən Reach Cyber ​​məktəbindən diplom alıb. Müəllimlərin dediyinə görə, oğlan ən çox elmə və proqramlaşdırmaya maraq göstərib. Məzun özü etiraf edib ki, qara dəlikləri və fövqəlnovaları öyrənmək üçün astrofizik olmağı planlaşdırır.

Devidin anası deyib: «O, doqquz yaşlı bir uşaqdır, beyni dünyanın bir çox anlayışını dərk edə bilir».
Bundan əlavə, Balogun döyüş sənəti üzrə qara kəmər üçün məşq edir və boş vaxtlarında pianoda ifa etməyi xoşlayır. Məzun olduqdan sonra oğlan yerli kollecdə bir semestr bitirib. Hazırda Davidin ailəsi onun təhsil alması üçün ən yaxşı yer axtarır.

Oxunma sayı 928