İkimərtəbəli evdə yanğın

11:23 14.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 380 m² (hər mərtəbəsi 190 m²) olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 150 m² sahədə yanıb. Yüksək temperaturdan evin 2-ci mərtəbəsində eyvanın lambirdən ibarət tavanı 40 m² sahədə deformasiyaya uğrayıb.

 

Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 76