İkimərtəbəli evdə yanğın olub

17:45 07.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda ikimərtəbəli evdə yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Sumqayıt şəhərində ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsində divarda quraşdırılan dolab 4 m² sahədə, içərisində olan geyim əşyaları və tavan 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.