Yazını böyüt
Yazını kiçilt
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda rəşadətlə döyüşən ordumuza dəstək məqsədilə “Improtex” Şirkətlər Qrupu daha bir təşəbbüskar addım atıb.
Hafta.az xəbər verir ki, əsgərlərin günlük təminatının gücləndirilməsi məqsədilə vacib ləvazimatlar, qida, isti geyimlər, sərfiyyat materialları, həmçinin gigiyenik ehtiyaclar hazırlanıb. Əsgər payları şirkət əməkdaşları tərəfindən ön cəbhədə vuruşan hərbçilərə çatdırılıb.
Xatırladaq ki, “Improtex” şirkətlər qrupu döyüşlərin ilkgünlərində Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait ayırmış, eləcə də xüsusi təyinatlı texnika ilə orduya dəstək olmuşdu.
Qarabağ Azərbaycandır!