İmtahanlarda COVID pasportu tələb olunacaq? - Açıqlama

11:56 26.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İmtahanda iştirak edən şagirdlərin COVID pasportuna ehtiyac yoxdur. Çünki imtahan verənlərin yaşı 18-dən aşağı olanlardır, onlar isə hələ peyvənd olunmayıblar”.

Hafta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. 

O qeyd edib ki, imtahana dəvət edilən şəxslərdən bu sənəd tələb ediləcək.

Abituriyentlərə isə bildirmişik ki, ailələrində koronavirusa yoluxan şəxslər varsa, imtahanda iştirak edə bilməyəcəklər: “Bizim öz işçilərimizin hamısı peyvənd olunub. Əməkdaşlar sırasında 68 nəfər virusa yoluxaraq sağalıb, 1 nəfər  isə vəfat edib”.