İngiltərədə 40 min tibb bacısı istefa verdi

19:37 30.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İngiltərədə Milli Səhiyyə Xidmətində çalışan tibb bacıları arasında istefalar son vaxtlar rekord həddə çatıb. Dolanışıq böhranının dərinləşməsinin problemi daha da dərinləşdirəcəyi ilə bağlı narahatlıqlar var.

Hafta.az bildirir ki, Nuffield Trust analitik mərkəzinin apardığı araşdırmaya görə, İngiltərədə 40.000-dən çox tibb bacısı son bir ildə işindən istefa verib. Bu hər doqquz nəfərdən biri deməkdir.

İşdən çıxanların əksəriyyətinin yüksək təcrübə və biliyə malik, daha uzun illər işləməyi bacaran şəxslər olduğu diqqətə çatdırılıb.

Bu qədər istefalar səhiyyə xidmətlərinə qoşulan yeni tibb bacılarının sayındakı artımı demək olar ki, neytrallaşdırır. Ötən ilin iyun ayına olan məlumata görə, yeni işə qəbul olunan tibb bacılarının sayı gedənlərdən cəmi 4 min nəfər çox olub.