İngiltərənin keçmiş səhiyyə naziri saç əkdirmək üçün Türkiyəyə gəlib

12:27 02.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın keçmiş səhiyyə naziri Mett Hankok saç əkimi üçün Türkiyəni seçmək qərarına gəlib.

hafta.az-ın yazdığına görə, keçmiş səhiyyə naziri bu yaxınlarda İstanbulda alış-veriş edərkən görüntülənib. Tezliklə məlum oldu ki, Henkok saç əkimi üçün Türkiyəyə gəlib. Sabiq səhiyyə nazirinin müalicə üçün Türkiyəni seçməsi dünya mətbuatında diqqətçəkən xəbərinə çevrilib.

Türkiyənin aparıcı saç əkimi mərkəzlərindən biri olan İstanbul Ataşəhirdəki Vera Klinikasının İdarə Heyətinin sədri Kazım Sipahi “Türkiyə saç əkimi üzrə dünyada birinci yerdədir. Böyük Britaniyanın keçmiş səhiyyə nazirinin də saç əkimi ilə bağlı türkiyəli həkimlərin təcrübəsinə istinad etməsi bu sahədə mövqeyimizin nə qədər güclü olduğunun göstəricisidir" deyib.

Hər il orta hesabla 500 min xəstənin Türkiyəyə müalicə üçün gəldiyini və bu rəqəmin böyük bir hissəsinin saç əkimi etdirmək istəyənlərdən ibarət olduğunu bildirən Kazım Sipahi “Vera Klinikası ən çox seçilən klinikalardandır. 2013-cü ildə qapılarını açan klinikamız 10 il ərzində 80-dən çox ölkədən gələn turistlərə sağlamlıq xidməti göstərib. İndiyədək təxminən 25 min xəstəni müalicə etdik. Türkiyənin saç əkimində üstünlük verilən ölkə olmasında oynadığımız roldan qürur duyuruq”, - deyə bildirib.

Qeyd edək ki, Türkiyə sağlamlıq turizmində zirvədəki yerini hər keçən gün gücləndirir. İldə orta hesabla 500 min xəstə müalicə üçün Türkiyəyə gəlir. “Saç transplantasiyası” ən populyar müalicə üsulları siyahısında birinci yerdədir.