Yazını böyüt
Yazını kiçilt
Şimali Qafqazda yerləşən İnquşetiyada gecə saatlarında naməlum qruplarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.
Hafta.az-ın yerli mənbələrin məlumatına istinadən yazdığına görə, hadisənin başlanma təfərrüatı belədir: Rusiya təhlükəsizlik qüvvələri bir müddət əvvəl polis bölməsinə atəş açanları tutmaq üçün əməliyyata başlayıb. İnquşteyanın Zyazikov-Yurt qəsəbəsində keçirilən əməliyyat zamanı münaqişə baş verib.
Toqquşmada 3 rus təhlükəsizlik əməkdaşının öldüyü, 8-nin yaralandığı qeyd edilib.
Bölgədə gərginliyin hələ də yüksək olduğu və silahlı qruplaşmanın bəzi üzvlərinin qarşıdurmada öldürüldüyü bildirilir.