“İnsan alveri ilə mübarizə bəşəriyyətin üzləşdiyi ən ağır cinayətdir. Bu faktor var və bununla ciddi mübarizə aparılmalıdır”.
Hafta.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair hesabatı ilə bağlı bildirib.
Deputat qeyd edib ki, Azərbaycanda insan alveri cinayəti ilə mübarizə halarına yeni çalarlar daxil olub və buna ciddi yanaşılır. Onun fikrincə, İnsan alveri ilə bağlı aparılan mübarizə ilə bağlı Milli Koordinatorn hesabatına Ailə,Qadın Dövlət Komitəsi və Ombudsmanın da Milli Məclisə dəvət edilməsini və onlara aid olan məsələlərlə bağlı kiçik hesabatla çıxış etmələrini təklif edib.
Deputat insan alverinə qarşı mübarizəyə ilə bağlı işçi qrupuna deputatların cəlb olunmasının müsbət hesab edib.