İnterpol daha bir azərbaycanlı qadını axtarışa verdi

11:38 11.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İnterpol azərbaycanlı qadını beynəlxalq axtarışa verib.

Hafta.az-ın məlumatına görə, 1986-cı ildə Bakıda anadan olan Alina Balaqadaşova qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir.

A.Balaqadaşova Rusiya hüquq-mühafizə orqanları tərəfindən qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilərək barəsində cinayət işi başlanıb. Lakin azərbaycanlı qadın istintaqdan yayındığından barəsində dövlətlərarası axtarış elan edilib.