Yazını böyüt
Yazını kiçilt
Yasamalda 1 nəfər intihar etmək istəyib.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilə daxil olaraq intihara cəhdin qarşısını alıblar.