“İran bir ovuc erməninin haqlarını necə müdafiə edə bilər?!” – Rəy

18:18 23.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda, Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan yolun bir hissəsində, ekoloji terrora son qoyulması tələbi ilə keçirilən dinc aksiya on gündür ki, davam edir. Artıq dünya erməniləri hay-küy salaraq Azərbaycanı günahlandırmağa cəhd edir və bəzi maraqlı dövlətlər, eləcə də qonşu İran da bu prosesə qoşulur.

Bu istiqamətdə hafta.az-a açıqlama verən iqtisadçı alim, Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bir çox dövlətlərin haqsız, qərəzli mövqe sərgiləndiyini qeyd edib.

 “Türk düşmənçiliyini yürüdən, özlərinin dünyanın müxtəlif ölkələrində törətdikləri soyqrımları, insanlığa qarşı cinayətləri “görməyən” Fransada, Kanadada, ABŞ-da, İranda və digər ölkələrdəki bəzi mənfur qüvvələr, Laçın dəhlizinin harada yerləşdiyini bilmədikləri halda, adətlərinə xas şəkildə, yenə də haqsız olaraq Azərbaycanı günahlandırmağa, ölkəmizə qarşı qarayaxmalara cəhdlər edirlər. Bu xüsusda sözdə “müsəlman qardaşlığından” bəhs edən, əməldə ermənidən betər erməni olan İran İslam Respublikası xüsusi canfəşanlıq göstərir”.

T.Qənioğlu bildirib ki, regionumuzda baş verən hadisələrə, xüsusilə də, erməni faşistlərinin işğal etdiyi ərazilərimizdə 30 ilə yaxın müddətdə insanlığa qarşı vəhşiliklər törədilib. Təbii sərvətlərimizin vəhşicəsinə istismarına obyektiv qiymət verən insanlar, azərbaycanlı aktivistlərin qeyd edilən hərəkətinə müsbət yanaşır.

 O, bəyan edib ki, Azərbaycan ictimaiyyəti aksiyaçıların güya Xankəndi və ətrafında məskunlaşan bir ovuc ermənini humanitar fəlakətə sürüklədiyini qətiyyətlə rədd edir.

Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəni, ərazilərimizin işğaldan azad edilməsini heç cür həzm edə bilməyən, regionumuzda yaranmış yeni reallıqları qəbul etmək istəməyən, öz vətəndaşlarının elementar insan haqlarını pozan, gənc qadını döyə-döyə öldürən, uşaqları edam edən İran, Qarabağda ilişib qalmış bir ovuc erməninin haqlarını necə müdafiə edə bilər!?

Siyasət rubrikasından digər xəbərlər