İran prezidenti Husilərə hipersəs silahlarının ötürülməsini təkzib edib

18:39 16.09.2024
Yazını böyüt
Yazını kiçilt

İran prezidenti Məsud Pezeşkian hipersəs silahlarının Yəmənə ötürülməsi ilə bağlı xəbərləri təkzib edib. Onun sözlərini RİA Novosti sitat gətirir.

“İran yəmənlilərin İsrail ərazisinə atdığı heç bir raketi ötürməyib”, - deyə o bildirib.

Pezeşkian qeyd edib ki, “İran və Yəmənin İsraillə bağlı baxışı eynidir”.

"Bizim raket gücümüz var, lakin yəmənlilərin öz texnologiyaları var", - İslam Respublikasının prezidenti əlavə edib.