İran yük maşınlarına Qarabağa və Laçına GİRMƏYİ QADAĞAN ETDİ

16:56 20.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Respublikası ərazisinə rəsmi sərhədlər xaricində hər hansı bir giriş bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir”.

Hafta.az xəbər verir ki, bu barədə İran Yollar və Yol İdarəçiliyi Təşkilatının baş direktoru Məhəmməd Cavad Hedayati Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə əsasən, beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına yazdığı məktubda deyilir.

Yol idarəsi rəsmi məlumatında, Ermənistan ərazisindən Azərbaycan Respublikasının ərazisi olan Qarabağa və Laçın rayonunun (Şərqi Zəngəzur) ərazisinə girməsinin, habelə bölgə ilə hər hansı bir ticarət müqaviləsinin imzalanmasının qadağan edilməsindən xəbər verir.

Oxunma sayı 1242