İranda Azərbaycana qarşı bu gün çox məkirli planlar var – Əli Süleymani

12:29 11.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İranda Azərbaycana qarşı bu gün çox məkirli planlar var. Başımızı əlavə problemlərlə qatıb bizə dilimizi, kültürümüzü, dəyərlərimizi unutdurmaq istəyirlər. Ona görə də bizim Cənubda, Şimalda yaşayan soydaşlarımız, qardaşlarımız bir-biri ilə mədəni əlaqələr qurmalıdır.

Bu fikirləri hafta.az-a hazırda ABŞ-da mühacir həyatı yaşayan Əli Süleymani deyib:

“Bunun üçün gəliş- gedişlərimiz sadələşməli, hər iki tərəfin ictimai təşkilatları mütəmadi görüşlər keçirməli, müzakirələr aparmalıdır. Şimali Azərbaycan müstəqil dövlət olaraq Güneydə yaşayan sordaşlarımızın yanında olmağı bacarmalıdır. Ondan başlamaq lazımdır ki, Güneydə olan gənclərin Quzey Azərbaycanda pulsuz təhsil almasına imkanlar yaratmalıdırlar. Bu məqam xüsusilə vacibdir. Bundan başqa biz cənublu, şimallı ailələr, millətimizin övladlarının bir -biri ilə evlənib, bütöv Azərbaycan olmasına imkanlar açmalıyıq. Biz qan bağımızı daha da möhkəmləndirməliyik. Cənubi Azərbaycanla Şimali Azərbaycanın İnteqrasiyasına sırf birgə ailələrin qurulması ilə başlamalıyıq. Bu hər iki tərəfin ailələrinin genişlənməsi, bir qədər də inkişaf etməsinə təkan verəcək.  Bu gün Azərbaycan hakimiyyətinin ən strateji xətti buna yönəlməli və gənclər üçün münbit şərait formalaşdırmalıdır. Eləcə də Azərbaycan radio, televiziyaları, mediası İran adlanan ərazidə qalan Cənubi Azərbaycanla bağlı həqiqətləri və cərəyan edən prosesləri xalqımıza anlatmalıdırlar.  Dünya miqyasında səpələnmiş bütün azərbaycanlıların bir mərkəzdən koordinasiya olunması üçün diaspora fəaliyyətini sağlam və aktiv formada qurmalıyıq.  Biz Güneyli gənclərin gəlib Azərbaycanda oxumaları üçün onları maraqlandrmalıyıq. Onların burda yaşaması, dərs almasını rahatlaşdırmalıyıq. Bizim millət nə qədər bir-biri ilə sıx əlaqəyə girsə İran molla rejimi bizim inkişafımıza zərər vura bilməz. Amma Azərbaycan dövləti bu prosesdə özünün təhlükəsziliyini ciddi şəkildə qorumalıdır. Çünki molla rejimi mütləq özünün cəsuslarını içəriyə sızdırıb prosesi içdən dağıtmağa çalışacaq və düşünürəm ki, var. Bu gün təkcə İranda bəzi yükdaşıma şirkətəri var ki, Ermənistana gedib ordan da gəlib Azərbaycanda cəsusluq edirlər. Bəzi şirkətlər var ki, onlar Ermənistana yanacaq, ərzaq aparırılar və təəssüflə qeyd edək ki, o şirkətlər Azərbaycanda da fəaliyyət göstərirlər. Azərbaycan Cənubi Azərbaycanı daim diqqətdə saxlamalı, əlaqələrimizi genişləndirməlidir.

Siyasət rubrikasından digər xəbərlər