İranda xalqın narazılığı fonunda etirazlar davam edir və vəziyyət getdikcə ağırlaşacaq. Orda insanlara qarşı müxtəlif cəza tədbirləri görülür və bu tədbirlər xalqın hiddətini bir qədər də artırmaqla, vəziyyəti ağırlaşdırır.
Bunu hafta.az-a politoloq Əli Mustafa deyib.
Onun sözlərinə görə, əslində Güney Azərdbaycanda da proseslər ümumiran etirazının bir hissəsidir. Artıq camaat Tehranda hökumət qüvvələrinin qərargahlarına hücumlar edir, yandırıcı şüşələr ataraq dağıntılar törədirlər:
“Belə hücumlar hətta mədrəsələrə qarşı da baş verir. Xalqın narazılığı ilə rejimimn ömrünün nə vaxta qədər sürəcəyi təkcə İranadakı proseslərdən asılı deyil. Bu, böyük mənada vəziyyəti yaradan qüvvələrin ssenarisindən də asılıdır. Rejimin dağılmasına İranla bağlı hansı plan, hansı gözləntilərin olması kontekstində baxmaq lazımdır. Bütövlükdə regionun mənzərəsi dəyişir. Məncə prosesin bir hissəsi İranın içərisində gedir, bir hissəsi isə kənardadır. 2023-cü ildə ola bilsin ki, İrana qarşı qonşu dövlətlərin qarşıdurmaları da gözləniləndir. Iran bu dönəm üçün hədəfdədir və gec-tez onların ikisi də dəyişəcəkdir. Yəqin ki, ilk növbədə bu rejimlər gedəcək. Ondan sonra Rusiya da, İran da dövlət olaraq dəyişəcəkdir.