Ötən gün Tehrandakı Evin həbsxanasından azad edilən milli fəal Sepidə Qolian yoxa çıxıb. Hazırda qadının harada olması barədə dəqiq məlumat yoxdur.
Hafta.az-ın İranın islahatçı siyasətçilərinə yaxın olan “Eslahat News”a istinadən yazdığına görə, Qolianın azadlığa buraxıldıqdan sonra evə qayıdarkən yolda yenidən həbs edildiyi güman olunur.
Artıq sosial media istifadəçiləri də Tehranın pis mənada məşhurlaşmış Evin həbsxanasında işçilərin tətil səbəblərinə dəstək verdiyi üçün 4 il 7 ay həbsdə olan Qolianın dünən sərbəst buraxıldıqdan saatlar sonra yoxa çıxdığını iddia edərək bir növ İran qadınlarını yenidən küçələrə axışmağa ruhlandırıblar.
Bu arada, 28 yaşlı Qolian 2018-ci ildə ərəblərin sıx məskunlaşdığı Xuzistanda işçilərin etiraz aksiyaları zamanı saxlanılıb.
İranlı fəalın azadlığa buraxıldığı videoda onun hicabsız, rəngli ənənəvi paltar geyindiyi və əlində gül buketi olduğu görülüb.